"Real" Neymarla bağlı bəyanat yaydı

Madridin "Real" klubu Neymarın komandaya transfer ediləcəyi xəbərləri ilə bağlı bəyanat yayıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, bəyanatda klubun braziliyalı futbolçu ilə maraqlanmadığı qeyd olunub. Klub tərəfindən PSJ ilə rəsmi danışıqların aparılması və müxtəlif təkliflərin irəli sürülməsi ilə bağlı məlumatlarında həqiqəti əks etdirmədiyi bildirilib.

Bununla yanaşı, bəzi məlumatlarlada "Real"ın Neymarla razılıq əldə etdiyi deyilsə də, bəyanatda, "Bizim PSJ ilə çox yaxşı əlaqələrimiz var. Bu klubun hansısa futbolçusunu transfer etmək niyyətimiz olsa, əvvəlcə klubun özü ilə danışıqlar apararıq", - deyə bildirilib.

Qeyd edək ki, mətbuatda "Real"ın Neymar üçün PSJ-yə 310 milyon avro təklif etməsi ilə bağlı xəbərlər yayılıb.