"Real" "Roma"nı, "Çelsi" "Lion"u məğlub etdi

Beynəlxalq Çempionlar Kubokunda növbəti oyunlar keçirilib.

SportLine.az xəbər verir ki, meydana əvvəlcə "Çelsi" və "Lion" komandaları çıxıb. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında isə London təmsilçisi qələbə qazanıb - 5:4.

Digər görüşdə "Real" "Roma" ilə üz-üzə gəlib. Bu oyun Madrid klubunun qələbəsi ilə yekunlaşıb - 2:1.