"Real" və "Tottenhem" Kolumbiya millisinin üzvünə elçi düşdü

DÇ-2018-dəki çıxışı ilə tanınan Xuan Kintero Avropa nəhənglərinin maraq dairəsinə düşüb. SportLine.az xəbər verir ki, "Porto"nun şərəfini qoruyan kolumbiyalı futbolçunun xidmətində "Real" və "Tottenhem" maraqlıdır. 

"Mirror"un məlumatına görə, müqavilə ilə "Porto"ya məxsus olan yarımmüdafiəçi ilə artıq İngiltərənin "Vulverhempton" klubu danışıqlara başlayıb. "Canavarlar" Mundialın ardından 25 yaşlı futbolçu ilə müqavilə imzalamaq niyyətindədirlər.

"Porto"nun isə X.Kinteronu satmağa tələsmədiyi bildirilir.