"Renat Dadaşov peşəkar futbolçu kimi davranmır" - "Ayntraxt"ın direktoru

Azərbaycan millisinin üzvü Renat Dadaşov intizamsızlıqla yadda qalıb. SportLine.az xəbər verir ki, bu barədə klubun direktoru Fredi Bobiç "Bild"ə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hücumçu fasilədən sonra komandaya artıq çəki ilə qayıdıb: "Biz Renatla peşəkar müqavilə imzalamışıq. Amma, o, peşəkar futbolçu kimi davranmır. Proqrama əməl etmir. Fasilədən sonra komandaya artıq çəki ilə qayıdıb. Fiziki göstəriciləri zəifləyib".

Futbolçunun III Bundesliqada çıxış edən "Halleşer" kollektivinə icarəyə veriləcəyi ilə bağlı xəbərə də münasibət bildirən F.Bobiç, "Renatla bağlı təklif almamışıq. Onu asanlıqla itirmək fikrimiz yoxdur. Onun qeyri-adi keyfiyyətləri var", - deyə bildirib.

Qeyd edək ki, Renat Dadaşov "Ayntaxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb. 

Futbolçu cari mövsümdə "Ayntraxt”ın U-19 komandasının heyətində keçirdiyi 9 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.