Sabiq FİFA referisinin fianala proqnozu

Sabiq FİFA referisi Lüboş Mixel Çempionlar Liqasının final matçı ilə bağlı mülahizələrini açıqlayıb.

Sportline.az xəbər verir ki, hazırda PAOK-un idman direktoru çalışan mütəxəssis "Real"ın imkanlarını yüksək qiymətləndirib: "Düşünürəm ki, oyun "Real"ın minimal üstünlüyü ilə nəticələnəcək - 2:1 ya, 3:2. Böyük hesablı qələbə gözləmirəm. İntriqa son anadək sürəcək. "Liverpul"un asan təslim olacağı haqda düşünməyə belə dəyməz. Bizi çox gərgin və maraqlı qarşılaşma gözləyir".

Qeyd edək ki, bu gün Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək görüşün start fiti 22-45-də səslənəcək.