Sançez "Arsenal"a qayıtmaq istəyir

"Mançester Yunayted" klubunun şərəfini qoruyan Aleksis Sançez "Arsenal"a qayıtmaq niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.

Xəbərə görə, çilili futbolçu "Old Trafford"da xoşbəxt deyil. Buna görə, "Arsenal"a qayıtmaq barədə hazırlıqlar görür.

Qeyd edək ki, A.Sançez qış transfer pəncərəsində "Mançester Yunayted"ə keçib.