Şəhriyar Məmmədyarov ilk "üçlük"də

Şahmatçımız  Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) son reytinqində üçüncü pillədə qərarlaşıb.

Sportline.az xəbər verir ki, reytinq cədvəlinə 16-cı dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Hazırda Karlsenin 2834, Məmmədyarovun 2804 xalı var. 2811 xala malik ABŞ təmsilçisi Fabiano Karuano isə ikincidir.