"Ştutqart" yola Höneslə davam edir
Almaniyanın "Ştutqart" komandası baş məşqçi Cebastyan Höneslə yola davam edəcək.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi onun müqavilənin müddətini uzadıb.
Yeni anlaşma 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2023-cü ilin aprelindən komandanı çalışdırır.