Simeone "Milan"a keçir

Madrid "Atletiko"sunun çalışdırıcısı - Diyeqo Simeonenin oğlu Ciovanni Simeone "Milan" klubunun hədəfindədir. SportLine.az "Calciomercato"ya istinadən xəbər verir ki, hazırda "Cenoa"da çıxış edən 21 yaşlı hücumçu yayda "rossoneri"nin heyətinə qoşulmağa yaxındır. Qeyd edək ki, o, Argentinanın gənclərdən ibarət milli komandasında da çıxış edir.