“Sivasspor” - “Fənərbağça” oyununun əcnəbi VAR hakimi müəyyənləşib

Türkiyə Super Liqanın 33-ci turunda keçiriləcək “Sivasspor” - “Fənərbağça” oyununun VAR təyinatı açıqlanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, matçın VAR hakimi Almaniya Futbol Federasiyasından Benjamin Brand olacaq.

Qarşılaşmanın baş hakimi isə Cihan Aydındır.

Qeyd edək ki, “Sivas 4 Eylül Stadion”unda keçiriləcək matçın start fiti bugün saat 21:00-da səslənəcək.