“Spartak”ın oyunçusu BƏƏ hava limanında polislər tərəfindən saxlanılıb

Birləşmiş Ərəb Əmirliklərində qış toplanışıda olan “Spartak” Rusiyaya 1 nəfər əksik qayıdıb.

Sportline.az "telegram-kanal Baza"ya istinadla xəbər verir ki, Kvinsi Promes hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Mənbənin məlumatına görə oyunçu sərhəd nəzarət bölməsində saxlanılıb.

Promes artıq bir neçə saatdır ki polis idarəsindədir. Moskva təmsilçisinin 2 nümayəndəsi də futbolçunun yanında qalıb.

Qeyd edək ki, niderlandlı futbolçu küllü miqdarda narkotik vasitəsinin alverində təqsirli bilinir.