Taekvondoçuların yeni reytinq cədvəli açıqlanıb

Dünya Taekvondo Federasiyası idmançıların mart üçün reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, olimpiya çəkiləri üzrə açıqlanan syahıda Olimpiya çempionumuz Radik İsayev (+80 kq) yenə ikincidir. Aktivində 423,14 xal olan taekvondoçumuz rusiyalı Vladislav Larindən 9,95 xal geri qalır.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də ikinci yerdə qərarlaşıb. Olimpiya mükafatçımız 444,93 xala sahibdi. İlk pillənin sahibi Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) təmsilçimizi 70,07 xal qabaqlayır.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 8-ci pillədə qərarlaşan həmyerlimiz 197,23 xala malikdi.

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar.