Tomas Müllerdən komanda yoldaşlarına sərt ittihamlar

Bundesliqanın 21-ci turunda “Bayer Leverkuzen”ə 0-3 hesabı ilə uduzaraq zirvədən 5 xal uzaqlaşan “Bavariya”nın futbolçusu Tomas Müller komanda yoldaşlarını hədəf göstərib.

Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu komandanın daha enerjili və sərbəst olmasının vacibliyini vurğulayıb.

“Düzünü desəm , çox qəzəbliyəm. Məşqlərdə daha yaxşıyıq.Təyziq hiss etmək problem deyil, lakin enerji və sərbəstlik olmalıdır. Oyunumuzda bu çatışmır. Bəzən təkçə məşqçi deyil, futbolçular haqqında danışmaq lazımdır. Yüksək səviyyəli oyunçularımız var. Sadəcə oyunumuzu inkşaf etdirməliyik”, - deyə Müller fikrini izah edib.

Qeyd edək ki, Müller bu mövsüm komadası ilə çıxdığı 19 qarşılaşmada 1 qol, 7 asistlə yadda qalıb.