“Trabzonspor” “Reyncers”in futbolçusu ilə maraqlanır

"Trabzonspor" klubu "Qlazqo Reyncers" klubunun futbolçusu ilə maraqlanır. 

Sportline.az xəbər verir ki, "Qaradənizlilər" Con Lundstramın transferində maraqlıdırlar. 

30 yaşlı ingiltərəli yarımmüdafiəçinin 2 ay sonra "Reyncers" kkubu ilə müqaviləsi başa çatacaq.

Qeyd edək ki, Lundstram bu mövsüm "Reyncers" forması ilə ümumilikdə 48 oyuna çıxıb, 2 qol, 7 asistlə yadda qalıb.