Türkiyə klubu 33 illik həsrətə son qoymaq istəyir

“Ankaragücü” klubu 33 illik həsrətə son qoymaq niyyətindədir.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, ardıcıl 2 mövsümdür Türkiyə kubokunun yarımfinalına yüksələn “Ankaragücü” “Beşiktaş”ı üstələyərək 33 il sonra finala yüksəlməyi hədəfləyir.

Paytaxt təmsilçisi sabah Türkiyə kubokunun ilk yarımfinal görüşündə “Beşiktaş”la qarşılaşacaq.

“Eryaman” arenasında keçiriləcək matçın start fiti 21:30-da səslənəcək.

Qeyd edək ki, “Ankaragücü” bu mərhələyə qədər keçirdiyi 5 oyunda 16 qol vurub, qapısında isə 3 top görüb.