Türkiyə klubu Patrik Şik üçün təklif göndərib

Türkiyə klubu "Bayer"in futbolçusu Patrik Şik üçün təklif göndərib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" mövsüm sonunda Vinsent Abubakarla yolları ayıracağı üçün hücum xəttini gücləndirmək qərarına gəlib.

"Qara-qartallar" "Bayer Leverkuzen"in ulduz futbolçusu Patrik Şik üçün təklif göndərsələr də əla mövsüm keçirən Almaniya klubu təklifi qəbul etməyib.

Qeyd edək ki, "Beşiktaş" klubunun daha öncə Olavio Juninyo ilə də maraqlandığı bildirilmişdi.