Türkiyə seçməsi qəzaya düşdü

Türkiyənin yunan-Roma güləşi üzrə seçmə komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb. Sportline.az xəbər verir ki, komandanın avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən xəsarət alan olmayıb. Yük maşınının sürücüləri isə yaralanıb. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib. Qeyd edək ki, Türkiyə seçməsi Dünya Kubokunda 4-cü yeri tutub. Güləşçilərimiz isə finalda Rusiyaya uduzaraq, 2-ci yeri tutublar.