Türkmənistan millisinin futbolçusu "Səbail"də

“Səbail” heyətinə daha bir legioneri cəlb edib. SportLine.az xəbər verir ki, paytaxt klubu Türkmənistan millisinin üzvü Vahid Orazsahedovun keçidini rəsmiləşdirib. 

Sonuncu iş yeri Türkmənistanın “Axal” klubu olan 26 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Orazsahedov daha əvvəl Rusiya Premyer Liqasında “Rubin” və “Rostov”da, həmçinin, Türkiyədə “Osmanlıspor” klublarında oynayıb.