Turun iki oyunu canlı yayımda

Topaz Premyer Liqasının 14-cü turunun bu gün keçiriləcək oyunlarından ikisi - "Səbail" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, hər iki görüş  "CBC Sport"un efirində olacaq.

Qeyd edək ki, "Səbail" - "Qəbələ" oyunu saat 17:30-da, "Neftçi" - "Sumqayıt" görüşü isə 19:30-da start götürəcək.