Tyeri Anri baş məşqçi təyin olundu

Fransa futbolunun canlı əfsanəsi Tyeri Anri "Monako"nun baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, Belçika milisində baş məşqçinin köməkçisi vəzifəsində çalışan mütəxəssis, "Monako"da Leonardo Jardimi əvəzləyib.