U-21 millinin də heyəti açıqlandı

U-21 milli komandanın heyəti açıqlanıb.

Sportline.az AFFA-ya istinadla xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 21-də isə İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətini diqqətinizə çatdırırıq:

Amin Ramazanov ("Qarabağ"), Rüstəm Samiqullin, Camal Cəfərov, Xəyal Əliyev (hamısı "Sabah"), Eldar Tağızadə ("CD Lugo" İspaniya), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli(hamısı "Şamaxı"), Hüseyn Babayev, Fərid Yusifli, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Mahir Həsənov, Rüfət Əhmədov (hər ikisi "Kəpəz"), Nemət Şıxamirov,  Ayxan Süleymanlı (hər ikisi "Sumqayıt"), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi"Araz-Naxçıvan"), Nazim Həsənzadə ("Zirə"), Ramin Nəsirli ("BFC Dauqavplis" Latviya), Murad Vəliyev ("Levadia Tallinn" Estoniya), Veysəl Rzayev ("Turan Tovuz"), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi "Səbail")

Qeyd edək ki, Latviyaya qarşı görüş noyabrın 17-də “Dalğa Arena”da, Ukraynaya qarşı matç isə noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda  keçiriəcək.