UEFA XXI əsrin rəmzi komandasını açıqladı

UEFA 2001-ci ildən bəri "İlin rəmzi komandası"na adı ən çox düşən futbolçuların siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, qurum bu heyəti XII əsrin rəmzi komandası kimi dəyərləndirib.

"İlin 11-liy"inə ən çox seçilən futbolçu Kriştianu Ronaldudur. O, 12 dəfə rəmzi komandada yer alıb:

Qapıçı:

İker Kasilyas - 6 (2007, 2008, 2009, 2010, 2011, 2012)

Müdafiəçilər:

Karles Puyol - 6 (2002, 2005, 2006, 2008, 2009, 2010)

Filipp Lam - 5 (2006, 2008, 2012, 2013, 2014)

Serxio Ramos - 7 (2008, 2012, 2013, 2014, 2015, 2016, 2017)

Jerar Pike - 5 (2010, 2011, 2012, 2015, 2016)

Yarımmüdafiəçilər:

Xavi Ernandes - 5 (2008, 2009, 2010, 2011, 2012)

Andres İnyesta - 6 (2009, 2010, 2011, 2012, 2015, 2016)

Stiven Cerrard - 3 (2005, 2006, 2007)

Hücumçular:

Kriştianu Ronaldu - 12 (2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017)

Lionel Messi - 9 (2008, 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017)

Tyerri Anri - 5 (2001, 2002, 2003, 2004, 2006)