Ufuk Budak yenidən millidə

Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb.

SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu seçməmizin Belarus və Makedoniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün komandanın düşərgəsinə dəvət olunub.

U.Budak hazırda Türkiyə I Liqasında çıxış edən "Samsunspor"un şərəfini qoruyur.

Qeyd edək ki, Azərbaycan martın 23-də Belarus, 27-də isə Makedoniya ilə üz-üzə gələcək.