Ufuk Budakın yeni klubu müəyyənləşdi

Azərbaycan millisinin üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Adanaspor"la razılığa gəlib.

28 yaşlı müdafiəçinin I Liqa təmsilçisi ilə yaxın günlərdə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, U.Budak ötən mövsümü "Samsunspor"da keçirib.