Ufuk Budakın yeni klubu müəyyənləşdi

Azərbaycan millisinin üzvü Ufuk Budakın yeni klubu bəlli olub. SportLine.az xəbər verir ki, futbolçu karyerasını "Boluspor"da davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  U.Budak ötən mövsüm "Samsunspor"da oynayıb.