Ulduz futbolçu "Yuventus"dan ayrılacaq

Adrian Rabio "Yuventus"u tərk etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda Calciomercato.com məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda Turindən ayrılacağı bildirilir.

Mənbənin açıqladığı məlumata görə, tərəflər yeni müqavilənin məbləği ilə bağlı anlaşa bilməyiblər.

Rabionun "Bolonya", "Nyukasl" və "Mançester Yunayted" klublarından birinə keçəcəyi gözlənilir. 

Qeyd edək ki, fransalı futbolçu 2019-cu ildən "Yuve"nin formasını geyinir.