Unay Emeri PSJ-dən gedir

Unay Emeri PSJ ilə yolları ayırır. SportLine.az "France Football"a istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü keçirdiyi mətbuat konfransında bildirib.

İspaniyalı baş məşqçi cari mövsümün sonunda Paris klubundan ayrılacağını deyib. U.Emeri rəhbərliyə, futbolçulara və azarkeşlərə ona göstərdikləri etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, mütəxəssis 2016-cı ildən PSJ-ni çalışdırır.