Vəli Qasımov Avropa Liqasının püşkatmasında

UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcək azərbaycanlı səfirlərdən birinin kimliyi müəyyənləşib.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxs futbol veteranı Vəli Qasımovdur.

Qeyd edək ki, yarışın final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçu olmalıdır. O, qrup mərhələsindən başlayaraq, bütün püşkatma mərasimlərinə qatılmalıdır. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.