Xorvatiya Azərbaycanı bu arenada qəbul edəcək

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının məkanı müəyyənləşib.

Sportline.az Xorvatiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, oyun Zaqrebin məşhur "Maksimir" stadionunda keçiriləcək. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki,  Xorvatiya - Azərbaycan qarşılaşması 2019-cu ilin mart ayıın 21-də olacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.