Xorvatiya çempionatında bir ilk yaşanacaq

Yalnış hakim qərarları Xorvatiya Futbol Federasiyasını bu addımı atmağa məcbur edib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, şənbə günü keçiriləcək və çempionluq yarışını yaxından maraqlandıran “Hayduk Split”-“Dinamo Zaqreb” oyununu almaniyalıı hakim Daniel Sibert idarə edəcək.

Almaniyanın ən yaxşı hakimlərindən sayılan Sibert karyerası ərzində 165 Bundesliqa, 16 Avropa Liqası, 13 Çempionlar Liqası oyununda söz sahibi olub.

Qeyd edək ki, Xorvatiya çempionatında 3 komanda arasında çempionluq uğrunda gərgin mübarizə gedir.27 turdan sonra aktivində 59 xalı olan “Riyeka” liderdir.Ondan 4 xal geri qalan “Hayduk Split” ikinci sıradadır.Bir oyun az keçirən üçüncü pillədəki  “Dinamo Zaqreb’in 54 xalı var.