Xorvatiya - İngiltərə duelinin də hakimləri müəyyənləşdi

DÇ-2018-in yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - İngiltərə matçının hakim təyinatları açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, görüş Türkiyədən Cüneyt Çakıra həvalə olunub. Ona Bahaddin Duran və Tarık Ongun yardım edəcəklər.

Qeyd edək ki, yarımfinal görüşü iyulun 11-də saat 22:00-da start götürəcək.

Xatırladaq ki, Fransa və Belçika milliləri arasında oynanılacaq ilk yarımfinal matçını Uruqvaydan Andres Kunya idarə edəcək.