XX turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan I Divizionunda XX turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, turnir cədvəlinin lideri "Qaradağ Lökbatan" bu turda doğma meydanda "Sabah"la üz-üzə gələcək. "Turan Tovuz" isə səfərdə "Xəzər"in qonağı olacaq.   

Qeyd edək ki, turun bütün görüşləri saat 15:00-da start götürəcək. 

 

23 mart (cümə)

 

"Mil-Muğan” – "Binə”

Heydər Əliyev adına İmişli şəhər stadionu

 

"Qaradağ Lökbatan” – "Sabah”

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

"Xəzər” – "Turan Tovuz”

"İnter Arena”

 

24 mart (şənbə)

 

"Şüvəlan” – "Ağsu”

"AZAL Arena”

 

"Zaqatala” – MOİK

Zaqatala şəhər stadionu