Yunan-Roma güləşçilərimiz Türkiyədədirlər

Güləş üzrə seçmə komandalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Sportline.az AGF-nin saytına istinadən xəbər verir ki, Yunan-Roma güləşçilərimiz fevralın 11-dən Türkiyənin İstanbul şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadırlar. 
Komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri iştirak edir. 

Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 
 

 

 

 

 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •