"Yuventus" İngiltərə millisinin üzvü ilə maraqlanır

“Yuventus” İngiltərə millisinin üzvü Markus Reşfordu heyətinə qatmaq niyyətindədir.

Sportline.az The Sun-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 20 yaşlı futbolçu üçün “Mançester Yunayted”ə 74 milyon avro təklif edib.

“Qırmızı şeytanlar”ın heyətində müntəzəm yer ala bilməyən gənc forvardın bu təklifi dəyərləndirəcəyi istisna olunmur. “Mançester Yunayted” klubunun isə parlamaqda olan ulduzu ilə yolları ayırmaq fikrində olmadığı bildirilir.