"Yuventus" Poqbanı qaytarmaq istəyir

"Yuventus" Pol Poqbanı komandaya qaytarmaq niyyətindədir. SportLine.az "Mediaset"ə istinadən xəbər verir ki, bu barədə klubun icraçı direktoru Cuzeppe Moratta məlumat verib.

Onun sözlərinə görə, "qoca sinyora" yay transfer pəncərəsində fransalı yarımmüdafiəçi ilə danışıqlar aparacaq. Razılıq əldə olunsa, P.Poqba yenidən "Yuventus"un şərəfini qoruyacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə keçib. O, 2011-2012-ci illərdə də "qırmızı şeytanlar"ın şərəfini qoruyub.