"Yuventus"un futbolçusu şayiələrə münasibət bildirdi

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabionun Turini tərk edəcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır.

Sportline.az xəbər verir ki, tərəflərin yeni müqavilə ilə bağlı məsələdə ortaq məxrəcə gələ bilmədiyi deyilir.

Fransalı futbolçu məsələyə belə münasibət bildirib: "Mən hələ ki, klubla yeni müqaviləni müzakirə etmirəm. Əsas hədəfim komandanı yenidən Çempionlar Liqasına çıxarmaqdır".

Bunu tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

Qeyd edək ki, Rabionun "Yuve" ilə anlşmasının müddəti mövsümün sonunda başa çatır.