Zidan “Bavariya”nın bir addımlığındadır

Fransalı mütəxəssis Zinedin Zidan “Bavariya”ya keçməyə yaxındır.

Sportline.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki , 51 yaşlı mütəxəssis yayda “Bavariya”nın sükanı arxasına keçəcək.

Xəbərdə bildirilir ki, iki tərəf arasında rəsmi olmasa da razılıq əldə edilib.Zidanın Almaniya klubunun rəhbərliyindən müdafiə xəttinə transfer istədiyi də iddia olunub.

Xatırladaq ki, “Bavariya” daha əvvəl  hazırki baş məşqçi Tomas Tuxellə mövsümün sonu yollarını ayıracağını bildirmişdi.