"Zirə"nin futbolçusu milliyə dəvət alıb

"Zirə" klubunun futbolçusu Aleksandr Dedov Moldova millisinin düşərgəsinə dəvət alıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Aleksandr Spiridonun düşərgəyə çağırdığı 24 nəfər arasında Dedovun da adı var. 28 yaşlı forvard martın 27-də Kot d`İvuar millisi ilə yoldaşlıq oyununda meydana çıxa bilər.