"Zirə"nin prezidenti komandanı ziyarət edib

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Zirə”nin oyunöncəsi son məşqini klub rəbərliyi də izləyib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun idarə heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər.

Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması bu gün saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.