Alves “Barselona”nı hara dəyişir?
Braziliyalı müdafiəçi “Barselona” ilə yollarını ayırır. SportLine.az xəbər verir ki, məsələ artıq tam dəqiqləşib. Bunu təsdiqləyən “Barselona”nın texniki direktoru Robert Fernandes bildirib ki, Alves yayda klubu tərk edəcək. “Barsa” rəsmisi onu kim əvəzləyəcək sualını belə cavablandırıb: “Ötən il müqavilə bağladığımız Aleyş Vidal var. Ondan başqa sağ kənar müdafiəçisi kimi Serxi Roberto da oynaya bilər”. İspaniya mətbuatının yaydığı digər məlumata görə, Dani Alves növbəti mövsümdə “Yuventus”un şərəfini qoruyacaq.