"Bu, əla nəticədir, çünki heç kim bu nəticəni gözləmirdi"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandasının "Atletik Klub" üzərində  3:0 hesablı qələbəsini şərh edib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis komandasının Avroliqanın yarınfinalının iık matçında böyükhesablı qələbəsinin gözlənilməz olduğunu söyləyib:

 "Bu, əla nəticədir, çünki heç kim bu nəticəni gözləmirdi. Amma siz bu gün iki oyun gördünüz - İlk 25 dəqiqə və qola qədər; rəqib futbolçu meydandan qovulduqdan sonra oyun dəyişdi".

İlk hissənin son 15 dəqiqəsində üç qol vursalar da, qonaqların çıxışında tənqidi məqamlardan biri  üstünlüklərini artıra bilməmələri və rəqabətdə bərabərliyi aradan qaldırmamaları idi.

"Man Yunayted" 34 liqa oyunundan 15-də uduzduğu Premyer Liqa turnirindən tamamilə fərqli olaraq, bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır - amma buna baxmayaraq, baş məşqçi "Atletik" qarşısında belə güclü qələbə gözləmədiyini etiraf edib.