Conatan Deyvid karyerasını İtaliyada davam etdirə bilər

“Lill”in kanadalı futbolçusu Conatan Deyvid karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, “Yuventus” və “İnter” Devidin xidmətində maraqlıdır.

25 yaşlı forvard “Lill”dən azad agent kimi ayrılacaq.

Qeyd edək ki, Deyvid bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 23 qol və 10 asistlə yadda qalıb.