"Milan" "Real"ın təklifinə imtina etdi

"Real" Donnaruma ilə bağlı təklifinə müsbət cavab almayıb. Sportline.az Football Italia-ya istinadən xəbər verir ki, "Milan" rəhbərliyi madridlilərin müraciətinə "yox" cavabı verib. Klub rəhbərliyi 18 yaşı yenicə tamam olam qapıçını heyətində saxlamaq niyyətindədir. Donnarumanın agenti Mino Rayola isə "Milan"ın təklif etdiyi şərtləi qəbul etməyə tələsmir. Görünür klub rəhbərliyinin ilə 3 milyon Avro təklifi qarşı tərəfin ürəyincə deyil.