16 yaşlı futbolçu nəhəng klubların radarındadır

"Herta Berlin"in 16 yaşlı futbolçusu Kennet Eyxhom Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti", "Bavariya", "Paris Sen-Jermen" və "Real Madrid" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Kennet Almaniya futbolunun gələcəyi hesab olunur.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm 10 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.