2018-ci ilin ən çox qazanan idmançıları
2018-ci ilin ən çox qazanan idmançılarının siyahısı müəyyənləşib. SportLine.az "Forbes"ə istinadən xəbər verir ki, zirvədə Floyd Meyvezer qərarlaşıb. Boksçu il ərzində 285 milyon dollar qazanıb. Lionel Messi 2-ci, Kriştianu Ronaldu isə 3-cü pillədə qərarlaşıb:
1. Floyd Meyvezer (boks) - 285 milyon dollar
2. Lionel Messi (futbol) - 111 milyon dollar
3. Kriştianu Ronaldu (futbol) - 108 milyon dollar
4. Konor MakQreqor (qarışıq döyüş növləri) - 99 milyon dollar
5. Neymar (futbol) - 90 milyon dollar
6. LeBron Ceyms (basketbol) - 85.5 milyon dollar
7. Rocer Federer (tennis) - 77.2 milyon dollar
8. Stefen Karri (basketbol) - 76.9 milyon dollar
9. Mett Rayan (amerikan futbolu) - 68.3 milyon dollar
10. Metyu Stefford (amerikan futbolu) - 59.5 milyon dollar