22 yaşlı futbolçu "Nyukasl"a keçir
"Nyukasl" "Atalanta"nın futbolçusu Ciorci Svalvini heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Nikola Şıkira məlumat yayıb.
22 yaşlı stopperin transfer qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, C.Svalvini Berqamo klubu ilə sözləşməsi 2028-ci ilin yayında başa çatacaq.