22 yaşlı futbolçu planlara daxil deyil
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim danimarkalı futbolçu Rasmus Höylunddun planlarına daxil olmadığını söyləyib.
Sportline.az "ManUtdMen" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçu satmaq qərarına gəlib.
İngiltərə klubu bu keçid üçün ən azı 35 milyon avro tələb edir.
Qeyd edək ki, R.Höylund "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.