26 yaşlı futbolçu "Mançester Siti"nin transfer hədəfinə çevrilib

"Mançester Siti" "Sportinq"in futbolçusu Morten Hyulmanı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, M.Hyulmand "Mançester Siti"yə keçməyə isti yanaşır.