369 gün sonra Neymar futbola qayıdıb

“Əl-Hilal”ın ulduz futbolçusu Neymar zədəsini sağaldaraq yenidən yaşıl meydanlara qayıdıb.

Sportline.az xəbər verir ki, 32 yaşlı brazilyalı oyunçu “Al-Ayin”lə keçirilən matçda iştirak edib. Neymar 77-ci dəqiqədə meydana çıxıb.

Neymar “Əl-Hilal”ın heyətində çıxış etdiyi 6 matçda 1 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Neymar 2023-cü ildən “Əl-Hilal” klubunda çıxış edir.