38 yaşlı müdafiəçi İtaliya klubundan ayrılacaq

"İnter"in müdafiəçisi Françesko Açerbi 2025/26 mövsümünün sonunda komandadan ayrılacaq.

Sportline.az xəbər verir ki, 38 yaşlı mərkəz müdafiəçisi yayda başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır.

Açerbi 2022-ci ilin yayında "İnter"ə qoşulub və bu müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib.

Təcrübəli futbolçu Milan təmsilçisi ilə birlikdə A Seriyası çempionluğu, İtaliya kuboku və iki dəfə Superkubok sevinci yaşayıb.